Cəmiyyət

Qubadlı sakini Mehriban Əliyevaya müraciət etdi

Qubadlı rayon Balahəsənli kənd sakini Əmiraslanova Dildada Abbas qızı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib.

Qaynarinfo müraciəti təqdim edir:

Hörmətli Mehriban xanım!

Mən Balahəsənlidə (Qubadlı rayonu) anadan olmuşam. Zəngəzur mahalının, indiki Qubadlı rayonun kiçik dağ kəndi Balahəsənlidən Azərbaycanın ən nüfuzlu, əsilli-köklü bəylərindən olmuş Sultanovlar nəslinin dəyərli nümayəndəsi, Sizin ana babanız Yusif ağa Sultanovun sayəsində təhsil almış, sonrardan SSRİ Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü olan, SSRİ Baş Geologiya İdarəsinin rəisi – SSRİ-nin baş geoloqu, Stalinin müşaviri olmuş dünya şöhrətli alim Əli Əmiraslanov və respublika Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış Mehbalı Firudin oğlu Əmiraslanov mənim əmim oğlanlarıdır. Babam Hacı Məlik babanız Yusif ağa Sultanovun qardaşıdır. Azərbaycan elminin görkəmli nümayəndəsi, ananız Aida Nəsir qızı İmanquliyeva mənim atamın əmisi nəvəsidir. Biz Sizin babanız Mircəlal müəllimə, nənəniz Gövhər xanımla tez-tez Səməd Vurğun küçəsində yerləşən evinizdə görüşərdik.

Biz çox yaxın qohum olmaqla yanaşı, eyni zamanda bir nəslin davamçılarıyıq. Dəfələrlə Sizinlə əlaqəyə çıxmaq istəsək də, bu alınmayıb. Əli və Mehbalı Əmiraslanovların bütün ömrü boyu xiffətini çəkdiyi doğma yurdu Qubadlı işğal olunandan sonra biz də məcbur Bakı şəhərinə köçməli olduq. Ailəmiz burada yaşayır və övladlarım, nəvələrim müasir Azərbaycanın ən layiqli vətəndaşları kimi təhsil almış və işləyirlər. Sizə məktub yazıb görüşməkdə məqsədim yaxın bir qohumunuz, Babanız Yusif ağa Sultanovun qardaşı Hacı Məlik Sultanovun nəslinin sağ olması, Bakıda yaşaması və həyatımız barədə məlumat verməkdir.

Hörmətli Mehriban xanım!

Mən çox yaşlanmışam, övladlarım öz nəsilləri barədə, qohumları barədə məlumatsız halda böyüyürlər. Mən onlara deyirəm ki, mütləq bir gün Sizi babamın yaxın qohumları ilə tanış edəcəm. Xahiş edirəm, bir ana kimi, bir nənə kimi məni qəbul edəsiniz. Sizinlə realda görüşsəm, bu dünyadan rahat köçüb gedə bilərəm. Rica edirəm məktubuma cavab verib mənə qiymətli vaxtınızdan ayırın. Sizə uzun ömür, növbəti yüksək nailiyyətlər, ailənizdə daimi mehribanlıq arzulayıram.

Hörmətlə böyük nəslin davamçıları

Əmiraslanova Dildada Abbas qızı (+99455)5365371
Bacım oğlu Rəsulov Mübariz Fazil oğlu (+99450)3114789
Bibim qızı Əliyeva Cəmilə Cənnət qızı (+99451) 7487794

Bənzər yazılar

Back to top button