“AZZA” SATDIĞI KÖHNƏ TORTU GERİ GÖTÜRMÜR – VİDEO

by Aztoday Xəbər Portalı

“Azza” şirniyyat mağazaları müştərilərə vaxtı keçmiş tortlar satırmış.

Tia.az xəbər verir ki, istehlakçılardan biri vaxtı ötmüş tortu mağazanın Biləcəridə yerləşən filialına qaytarmaq istəsə də, nə üzr istənilir, nə geri alınır, nə pulu qaytarılır. Bu faktı təsdiqləyən video kadrlar da var. Məlum olur ki, müddəti keçmiş tortu müştəriyə sırıyan “Azza” buna görə heç bir məsuliyyət daşımaq istəmir. Halbuki müştəri “Azza”dan aldığı tortu köhnə çıxdığı üçün qaytarmaq istəyir , mağaza isə götürmür. Bu da istehlakçı hüquqlarının pozulmasıdır və İqtisadiyyat Nazirliyi araşdırma aparmalıdır. Ümumiyyətlə, belə hallar mağazalarda, marketlərdə kütləvi hal alıb. Vitrinlərdə vaxtı keçmiş, zay məhsullar satılır.

Bənzər Yazılar