Siyasət

Kremldən Dağıstanda azərbaycanlılara qarşı zorakılıqla bağlı rəsmi açıqlama – “Vəziyyət süni deyil…”

Rusiya və Azərbaycan Dağıstandakı Azərbaycan vətəndaşları ilə vəziyyəti həll etmək üçün təmasları davam etdirir. Kreml problemin həll olunacağına bel bağlayır. Bu barədə TASS agentliyinin yaydığı məlumatda deyilir.

“İki ölkə arasında əlaqə var, o davam edir və ümid edirik ki, sonda bu problemi həll edəcək həll yolları tapılacaq”,- deyə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov çərşənbə günü jurnalistlərə bildirib. O həmçinin vurğulayıb ki, Rusiya və Azərbaycan prezidentləri – Vladimir Putin və İlham Əliyevin bu məsələ ilə bağlı əlaqə yaratmayıblar.

Kreml nümayəndəsi xatırladıb ki, “problem özünü təcridetmə rejiminin lap əvvəlindən yaranıb”. “Dağıstan hakimiyyəti tez bir zamanda Azərbaycana qayıtmaq istəyən Azərbaycan vətəndaşları üçün düşərgə qurdu, ancaq sərhədlər bağlandı. Buna görə də elə əvvəldən Rusiya və Azərbaycan tərəfləri sərhədçilərin kanalları ilə əlaqə qururdular, hərəkətləri əlaqələndirdilər. Əlbəttə, bölgə rəhbəri Vladimir Vasilyev bu mövzuda Rusiya Federasiyasının Prezidenti ilə danışıb, bu vəziyyətlə bağlı hesabat var idi. Bu yaxşı məlum olan bir əhvalatdır”, -deyə D.Peskov vurğulayıb.

Onun sözlərinə görə, “Dağıstan rəhbərliyi bu vəziyyəti birtəhər həll etmək üçün çox iş görüb”. D.Peskov qeyd edib ki, vəziyyət “süni deyil, hər şey koronavirus səbəbindən yaranan vəziyyətlə bağlıdır”. “Mən Azərbaycan tərəfinin hərəkətlərini şərh etmək istəmirəm, ancaq mövcud olan çətinliklərə anlayışla yanaşırıq – orada daha gücləndirilmiş özünü təcridetmə rejimi davam edir”,- deyə Peskov əlavə edib.

Dağıstanda Azərbaycan sakinləri üçün müvəqqəti düşərgədə baş verən hadisədən sonra hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq etmə və əmlaka qəsdən ziyan vurma ilə bağlı cinayət işi açılıb. İstintaqın versiyasına görə, 15 iyun tarixində Dərbənd rayonunun Kullar kəndi yaxınlığındakı yataqxanada və müvəqqəti çadır düşərgəsində məskunlaşan və dövlət sərhədindən respublikalarının ərazisinə keçmələrinin təşkilindən narazı qalan 400-ə yaxın Azərbaycan vətəndaşı motorlu nəqliyyat vasitələri ilə Qafqaz federal magistralına daxil olaraq nəqliyyatın hərəkətinə maneçilik törətməyə çalışıb. Onlar polisin hərəkətlərinə qarşı çıxıblar və asayiş keşikçilərinə daş və digər əşyalar atıblar. (virtualaz.org)

Bənzər yazılar

Back to top button