Hadisə

Abşeronun icra başçısı dünən təntənəli ad günü keçirdi – RƏZALƏT

Barxananı yığışdır, İradə Gülməmmədova, gəlirlər səni aparmağa…

Dünən 26 ildir Abşeronu sorub-qanını çıxardan İradə Gülməmmədovanın ad günü idi.

Bəli, İradə Gülməmmədova keçən əsrin 20-ci yüzilliyinin 62-ci ilinin 30 sentyabr günündə dünyaya gəlib. Yəni Xruşovu taxtda görüb Brejnevi qundaxda. Uşaqlığı çox ağır keçib, gəncliyində də xeyli travmalar alıb, Balakəndə çətin günləri olub. Amma yaşı 40-a yaxınlaşanda Abşeronda bəxti açılıb, taleh üzünə gülüb.

Bizim qədim inanclara görə, adam eşşəyə minəndə bəxti açılır. Amma İradə xanımın nəyə mindiyini deyə bilməsək də, amma tam əminliklə deyə bilərik ki, Abşeronu əməlli-başlı “minib çapır”.

Bəli, bəxti açılan İradə Gülməmmədova 1995–2006-cı illərdə Abşeron rayon uşaq poliklinikasının baş həkimi olub, xəstələrin dərdinə əlac edə bilməsə də, ciblərinə qənim kəsilib. İradə Gülməmmədova sonradan 2006–2014-cü illərdə Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini, 2014–2015-ci illərdə isə birinci müavini vəzifələrində çalışıb. 2015-ci ildən isə Abşeron rayonunun icra başçısıdır.

Yazının girişində əbəs yerə yazmadıq ki, bu qadın Abşeronu əməlli-başlı sorub qanını çıxardır. Əlində olan bütün səlahiyyətlərdən istifadə edərək uşaq bağçalarından tutmuş məktəblərə qədər hamısını “aylığa” otuzdurub. Bu hələ harasıdır ?

Rayondakı bütün idarə və müəssisə rəhbərləri hər ay xanım icra başçısının pişvazına gəlməlidir. Özü də elə-belə yox e, əli və cibi dolu.

Hələ bu da sonu deyil. İradə Gülməmmədova rayon ərazisindəki torpaqları dədəsinin torpağı kimi qarış-qarış satır. Onun icazəsi olmadan rayonda daşı daş üstə qoymaq mümkün deyil. İradə Gülmməmədovanın qohumları, ərinin qohum-əqrəbası, qardaşları, bacısı uşaqları rayonda sanki “qaçaq-quldur” kimi şəbəkə yaradıblar.

Amma bu günədək bu “bandaya” gözün üstə qaşın var deyən olmayıb.

Ötən yazılarımızın birində yazmışqdıq ki, Qarabağda qanlı müharibənin getdiyi bir zamanda bu qadın utanıb-qızarmadan özünə təmtəraqlı ad günü keçirib. Şəhid analarının göz yaşı axanda icra başçısı kabinetinin ağzında “konsert” verirmiş.

Yəni rüşvətin, korrupsiyanın, hərisliyini bir kənara qoysaq belə, bu qadının ən azı şəhid analarını başa düşməməsi insanlığa ləkədir.

Qarabağ müharibəsi qələbə ilə bitəndən sonra da İradə Gülməmmədova öz xoşagəlməz əməllərini davam etdirib. Bəli, Qarabağ qazisinin adi iş istəməsinə cavab olaraq, “Sən mənim üçün vuruşmusan?” deyərək onu qapıdan qovan Gülməmmədova barədə videolar kanallarda yayılıb və izləyicilər tərəfindən nifrətlə qarşılanıb.

Bütün bunlar uzaq və yaxın keçmişin izləridir.

İndi isə, İradə Gülməmmədovanın lap sonuncu rüsvayçılığına baxaq.

Bəli, yuxarıda qeyd etdiyimiz kimi dünən İradə Gülməmmədovanın ad günü idi. Xanım icra başçısı ömrünün 70-ci ilinə qədəm qoyur.

Bu dəfə İradə Gülməmmədova özünü lap orta əsrlərdəki “Xatunça” kimi aparır.

Elə bil ki, Qarabağda bunun əri Yolçu, oğlu Məhəmməd, bacısı oğlu Babək vuruşub torpaqları azad ediblər və İradə də qəhrəman anası, qəhrəman arvadı, əsgər xalasıdır.

Axı, qohum-əqrəbandan biri də bu torpaq uğrunda vuruşmayıb, cənab Gülməmmədova. Sən nə haqla dünən özünə təmtəraqlı ad günü keçirirdin ?

Deyilənlərə görə, sənin kabinetinin ağzında nazəndələr, sazəndələr, rəqqasələr, saksafon, zurna çalanlar, sənin şəninə şeir deyənlər var imiş…

Hələ bu harasıdır başına nəmər səpənlər, “paket” atanlar və daha nələr.

Bəli, dəstənin qabağında da İradə Gülməmmədovanın “kassiri” Azər bəy, rayonun pul yığanı…

Deyilənlərə görə, İradə Gülməmmədova yaxınlarına deyib ki, şairdən-yazıçıdan tapın mənə bir poemadan-zaddan həsr eləsin, roman-zad yazsın, adını da qoysunlar, “Abşeronun xatunçası”.

Həə, deyəsən, İradə Gülməmmədovanın vaxtı çatıb, bu ad günü deyəsən onun bayırdakı sonuncu ad günüdür.
Barxananı yığışdır, İradə Gülməmmədova, gəlirlər səni aparmağa… (Gündəlik Bakı)

Bənzər yazılar

Back to top button