İdman

Həbib: “Ronaldo daim bu sözlərdən istifadə edir”

Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo haqqında danışıb.

Qol.az xəbər verir ki, o, müsahibəsində Ronaldo ilə İslam dinini müzakirə edib-etmədiyi haqqında suala belə cavab verib:

“Ronaldo daim bu sözlərdən istifadə edir: “Salam aleykum”, “İnşallah” (gülür). O, İslam dinini başa düşür. Düşünürəm ki, Ronaldo öz inancına sadiqdir. Mən də öz inancıma. İnsanlarla görüşəndə ​​heç vaxt “Hey, sən hansı dinə inanırsan?” – deyə soruşmuram. Bu, yalnış davranışdır. Heç vaxt insanlarla dinləri, inandıqları şeylər haqqında danışmıram. Ona görə də Ronaldo ilə İslam dinini müzakirə etməmişəm”.

Bənzər yazılar

Back to top button