Siyasət

Mitinqdə iştirak etdiyinə görə Sahil Calalova 15 günlük həbs cəzası verilib

Milli Şuranın sentyabrın 17-də keçirdiyi mitinqdən sonra bir neçə jurnalist və fəal olmaqla onlarla mitinq iştirakçısı saxlanılıb.

Saxlanılanlar arasında Azərbaycan Liberal Demokrat Partiyasının İT şöbəsinin əməkdaşı Sahil Calalov da olub. Partiyadan verilən məlumatda bildirilir ki, Sahil Calalov konstitusiya dəyişikliklərilə bağlı referenduma etiraz olaraq keçirilən aksiyada həbs olunub. Və Sahil Calalava Yasamal rayon Məhkəməsinin qərarı ilə 15 günlük inzibati həbs cəzası verilib.

Qeyd edək ki, konstitusiya dəyişikliklərilə bağlı referenduma etiraz olaraq Milli Şuranın keçirdiyi sayca ikinci mitinqə toplanan insanlar meydanda “biz ölərik, meydanları tərk etmərik” deyə şüar səsləndiriblər.

Mitinqdə AXCP lideri Əli Kərimli, partiya sədrinin müavini Gözəl Bayramlı, Cəmil Həsənli, Fuad Qəhrəmanlının xanımı, Azadlıq qəzetinin baş redaktorunun müavini Rahim Hacıyev və başqaları çıxış edib.

Bənzər yazılar

Back to top button