ManşetSiyasət

Paşinyan Əliyevlə görüş istəyir: Mina bütün xəritələri gətirəcək

Nikol Paşinyan Prezident İlham Əliyevlə görüşməyə hazır olduğunu bildirib.

Görüşə Ermənistanın əlindəki bütün mina xəritələri ilə gələcəyinə söz verir, əvəzində İlham Əliyevin Bakıda saxlanılan bütün erməni terrorçuları özü ilə gətirməyini istəyir.

Praktiki olaraq, görüşə erməni terrorçularını aparmaq mümkünsüzdür, Nikol bunu ibarəli formada deyir, yəni məsələnin birdəfəlik həllini istəyir.

Erməni terrorçuların mina xəritələri ilə barter edilməsi Bakının strateji addımlarından biridir, lakin burada iki problemli məqam var:

1. Müharibədən sonra Qarabağda saxlanılanlar ermənilər arasında qətl törədənlər var: digərlərini nələrinsə qarşılığında təhvil vermək olar, lakin Azərbaycan əsgərini qətlə yetirən, mülki şəxsləri yaralayanlar istisnadır.

2. Ermənistanın verdiyi xəritələrin dəqiqliyi sual altındadır: indiyə qədər verilən xəritələrin yalnız 25 faizi doğru olub.

Rəsmi Bakı artıq minalanmış ərazilərin xəritələrini yox, basdırılmış minaların dəqiq yerlərini əks etdirən xəritələri tələb edir: Əliyev son müsahibəsində bunu açıqlamışdı;

Azərbaycan Ermənistanın yekun sülh sazişi imzalayacağı təqdirdə, erməni terrorçuların hamısının qaytarılması məsələsi üzərində düşünə bilər.

Asif Nərimanlı

Bənzər yazılar

Back to top button