İdman

“Real”ı mütləq məğlub etməliyik” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi Hernandes “Atletik Bilbao” üzərində qələbədən (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

Fanat.az xəbər verir ki, təcrübəli mütəxəssis xüsusilə La Liqanın 11-ci turunda “Real Madrid”lə görüşlə bağlı gözləntilərini bölüşüb.

“Marca” Xavinin dediklərini belə təqdim edib: “El Klasiko” komandamız üçün vacib matçdır, lakin ondan əvvəl Çempionlar Liqasında oyunumuz var. İndi zədə problemlərimiz var. “Atletik”lə son görüşdə qələbə qazanmaq və “Real”la görüşə bərabər şərtlərlə çıxmaq üçün əlimizdən gələni etdik. “El Klasiko”da qələbə həm də ona görə çox vacibdir ki, evdə oynayacağıq”.

“Barselona” – “Real Madrid” matçı oktyabrın 28-də, Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.

Bənzər yazılar

Back to top button