BİNƏQƏDİDƏ BİR AİLƏNİ İNTİHARA SÜRÜKLƏYƏN “ÜMİD-VQM” MMC İMİŞ – TƏFƏRRÜAT/VIDEO

by Aztoday Xəbər Portalı

Paytaxtın Binəqədi rayon ərazisində, Dərnəgül yaşayış massivində tikinti səbəbindən insanlara və təbiətə qarşı bir qanunsuzluq yaşanmaqdadır.

Tia.az-a verilən məlumata görə, ötən həftə bir ailənin intihara cəhd etməsi də məhz həmin haqsızlıq ucbatından baş verib.

Belə ki, Binəqədinin Səttar Bəhlulzadə küçəsi 23 ünvanında yerləşən qəzalı binanın ətrafındakı ağacların hamısı məhv edilərək yerində göydələn tikilməsi üçün hazırlıq gedir.

Bu da azmış kimi, insanların evlərindən məcburi çıxması üçün özbaşınalığa yol verilir: gah işıq, gah su kəsilir…
Məlumatda deyilir ki, bütün bu qanunsuz işlərin başında “ÜMİD-VQM” MMC və onun Vüsal adlı rəhbəri dayanır.

Sakinlərin sözlərinə görə, həm yaşıllıqlar məhv edilir, həm insanlar zorla çıxarılır. Üstəlik, obyekti olanlara kompensasiya ödənilmir. Rəsmi məlumatlarda sözügedən şirkətin adı pilot layihələrdə keçir.


Oktyabrın 2-də Səttar Bəhlulzadə küçəsi, 23 ünvanında yerləşən yataqxana binasının damında bu haqsızlıqlara etiraz olaraq bir ailə intihara cəhd etmişdi. Lakin xilasedicilər profilaktik söhbət apararaq onları fikrindən daşındırıb damdan düşürüblər.

Bu isə öz növbəsində göstərir ki, “ÜMİD-VQM” MMC və rəhbəri Vüsal, o cümlədən Binəqədi rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev vətəndaşları dövlətdən narazı salmaqdadırlar.

Eyni zamanda, ağacların kəsilərək yerində tikinti aparılması ekoloji cinayətdir və məsuliyyətə cəlb olunmalıdırlar. Bu məlumatlarla bağlı həftəsonu olduğu üçün rəsmi açıqlama almaq mümkün olmadı, mövzunu diqqətdə saxlayacağıq.

Bənzər Yazılar