Hadisə

Keçmiş OMON-çu mitinqdə saxlanıldı

Milli Şuranın konstitusiya dəyişikliklərilə bağlı referenduma etiraz olaraq sentyabrın 17-də keçirdiyi mitinqdə onlarla aksiya iştirakçısı saxlanılıb.

Saxlanılanlar arasında Azərbaycan Liberal Demokrat Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Balaş Əliyev saxlanılıb.

Partiya və ailə üzvlərinin verdiyi məlumata görə, Balaş Əliyev mitinqdı polis tərəfindən saxlanılaraq Yasamal rayon Məhkəməsinə aparılıb. Məhkəmənin Balaş Əliyevlə bağlı hansı qərarı verdiyi məlum deyil.

Qeyd edək ki, Balaş Əliyev OMON üzvü olub. Torpaqlarımızın erməni işğalından müdafiə olunması uğrunda Qarabağda döyüşüb. 1995-ci ilin mart ayında baş verən OMON hadisələrindən sonra həbs olunanlar arasında Balaş Əliyev də olub. O, dövlət çevrilişində cəhddə ittiham olunub. Sosial şəbəkələrdə fəallığıyla diqqəti cəlb edir.

Bənzər yazılar

Back to top button