Dünya

CHP-ni sarsıdan 1 milyardlıq QAÇIŞ: “Ərimin başına nə gəldiyini bilmirəm” – Xanımı danışdı

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi topladığı 1 milyard lirə ilə yoxa çıxıb.

Yenicag.az “Odatv”yə istinadən xəbər verir ki, CHP üzvlərindən topladığı 1 milyard lirəni götürüb yoxa çıxdığı deyilən partiyanın Eyüpsultan qəsəbə təşkilatı sədrliyinə namizəd olmuş Saim Dikenin ölkə xaricinə qaçdığı iddia olunur.

Bu barədə mediaya danışan Saim Dikenin xanımı Gülşen Diken ərinin harada olması barədə hələ ki heç bir xəbər almadığını deyib:

“Ərim yoxa çıxıb. Onun haqqında yazılan əsassız məlumatlara görə məyus olmayacağam. Mən ərimin səhhətindən narahatam. Başına bir şey gəlib-gəlmədiyini bilmək istəyirəm. Onun itkin düşməsi ilə bağlı polisdə qeydə alınmış müraciət də var. Heç kim yalan xəbər yaymasın”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button