GündəmSağlamlıq

Yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 391 yeni yoluxma faktı qeydə alınıb, 835 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzToday.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 486 378 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 465 446 nəfər müalicə olunaraq sağalıb, 6 584 nəfər vəfat edib, aktiv xəstə sayı 14348 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 962, ötən müddət ərzində isə ümumilikdə 4 892 127 test aparılıb.

Ötən sutkada koronavirus əleyhinə 1061 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 232, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 829 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8738000, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4808374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3929626 təşkil edir.

Bənzər yazılar

Back to top button