İqtisadiyyat

Tikinti şirkəti Bakı meriyası məhkəməyə verildi

Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verilib.

Hit.az xəbər verir ki, iddiaçı “Kapitel-D” MMC-dir. Məhkəmə çəkişməsinin səbəbi icarə müqaviləsi üzrə mübahisələrdir.

İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatındadır. Artıq iş üzrə hazırlıq iclası keçirilib. İyulun 8-nə məhkəmə baxışı təyin edilib.

Tikinti şirkəti olan “Kapitel-D” MMC 26 sentyabr 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 458 605 AZN olan şirkətin qanuni təmsilçisi Bağırov Mehman Mirəli oğludur.

Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizovdur. O, 15 noyabr 2018-ci il tarixdən bu vəzifədədir.

Bənzər yazılar

Back to top button