GündəmSiyasət

“İrəvan və Bakı Brüsseldə görüşə razılaşıblar” – Paşinyan

“İrəvan və Bakı Avropa Şurasının rəhbəri Şarl Mişelin dəvəti ilə oktyabrın sonunda Brüsseldə keçiriləcək üçtərəfli görüşdə iştirak etməyə hazır olduqlarını bildiriblər”.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan televiziya müsahibəsində bildirib.

O əlavə edib ki, əgər bu görüş keçirilsə və orada əsas prinsiplər müəyyən edilərsə, bu, tərəflərin səmimi şəkildə sülhə doğru irəliləmək istədiyi anlamına gələcək.

Paşinyanın sözlərinə görə, bundan sonra Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bir, iki, üç ay ərzində imzalanması şansı 70 faiz olacaq.

Bənzər yazılar

Back to top button