Cəmiyyət

Şəki və Lənkəranda Amerika mərkəzləri açılacaq

Oktyabrın 4-də ABŞ-ın Azərbaycandakı səfirliyi Lənkəran Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı ilə iki anlaşma memorandumu imzalayıb.

Sazişlərə əsasən Şəki və Lənkəran sakinləri üçün ingilis dilinin tədrisi proqramları hazırlanacaq, praktiki məşğələlər təşkil olunacaq, həmçinin ABŞ-ın tarixi və mədəniyyətinin, bu ölkədə təhsil imkanlarının öyrənilməsi üçün imkanlar yaradılacaq.

ABŞ səfiri Li Litsenberqerin qeyd etdiyi kimi, memorandumlar Şəkidə və Lənkəranda Amerika mərkəzlərinin açılmasını nəzərdə tutur. Beləliklə, ölkədə bu cür mərkəzlərin ümumi sayı altıya qədər artacaq.

“Bu, ABŞ-da təhsil imkanları ilə tanışlığın genişləndirilməsinə imkan yaradacaq, turizmin inkişafına töhfə verəcək. Azərbaycanın ən böyük dəyəri onun adamlarıdır. Odur ki, biz öz səylərimizi Azərbaycan vətəndaşlarının bilik və bacarıqlarının artırılmasına, yeni iş yerlərinin açılmasına yönəltmişik”, – səfir bildirib.

Bakıda ilk Amerika Mərkəzi 2007-ci ildə Azərbaycan Dövlət Dillər Universitetində açılıb. Sonradan analoji mərkəzlər Gəncə, Xaçmaz, Salyan və Kürdəmirdə də açılıb. (Turan)

Bənzər yazılar

Back to top button