Hadisə

Ağdamlıları təəccübləndirən təyinat – Rayon Təhsil şöbəsinə təhsildən bixəbər adam təyin olunub…

Ağdam Rayon Təhsil şöbəsinə yeni müdir yeni müdir təyinatı olub. pia.az xəbər verir ki, bu barədə Ağdam rayon İcra Hakimiyyətinin facebook səhifəsində məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, Ağdam Rayon İcra Hakimiyyəti Başçısı aparatının şöbə müdiri Tahir Abbasov Ağdam Rayon Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Maraqlıdır ki, Ağdam Rayon Təhsil şöbəsinin yeni müdiri təhsil sistemindən tamamilə kənar adamdır. PİA.az-a Ağdamdan verilən məlumarta görə Tahir Abbasov hüquq təhsili alıb. Bir neçə dəfə prokurorluq orqanlarında çalışmaq üçün imtahan versə də, imtahandan keçə bilməyib. Son iş yeri Ağdam Rayon İcra Hakimiyyəti Başçısı aparatının hüquq şöbəsinin müdiri vəzifəsi olub.

Bu təyinatla bağlı pia.az-a müraciət edən Ağdam sakinləri bildirilər ki, Tahir Abbasovun təhsil sisteminə tamamilə yad bir adamdır və təhsil sistem haqqında azacıq anlayışı belə yoxdur.

Maraqlıdır Tahir Abbasov təhsil sistemində heç bir zaman çalışmadığı və heç bir təcrübəyə sahib olmadığı halda o, bu təyinatı necə alıb? Elə ağdamlıları təəccübləndirən də budur…

Bənzər yazılar

Back to top button