İcra, yoxsa bacanaqların hakimiyyəti ?- “Prorab-politoloq” icra başçısı İlqar Abbasov…

by Aztoday Xəbər Portalı

İçəridəki “kolleqa”ların yolunu gözləyir, İlqar Abbasov…

Müdriklərimizin bir sözü var: İnsanlar öz keçmişini unutmamalıdir.

Yəni bütün meyarlar, kriteriyalar itib, dəyərlər qarışıq düşüb.

Bəli, böyük bir rayona, 100-150 minlik əhalisi olan inzibati əraziyə icra başçısı təyin olunan adam bu vəzifəyə gələnədək uzun bir yol keçməli, idarəetmə təcrübəsi əldə etməlidir.

Amma çox təəssüf ki, birdən elə təsadüfi adamlar vəzifəyə gəlir ki, qalırsan mat-məəttəl.

Məsələn, 2 il paytaxtın Nərimanov, 16 il Suraxanı kimi böyük rayonlarının icra başçısı işləmiş və hazırda Şirvan şəhər icra hakimiyyətinin başçısı olan İlqar Abbasov kimi icra başçıları…

Adam ixtisasca “prorab”dır, sonra da Allah qoymasa politoloq ixtisasına yiyələnib. Və 26 il harada olduğu bilinmir.

Və birdən 47 yaşında gəlib olur Nərimanovun icra başçısı.

Axı, adama deyərlər ki, sənin 1-cə gün də idarəetmə təcrübən yoxdur. İkincisi “prorab-politoloq” hara, icra başçısı hara ?

Biz başa düşürük ki, icra başçısı olmaq üçün konkret fakültə, ixtisas yoxdur. Amma, heç olmasa dövlət qulluğunda az-çox təcrübəsi olmalıdır.

Axı, İlqar Abbasovun 26 il harada olduğu məlum deyil. Yazır ki, sahibkar olmuşam. Harada və nəyin sahibkarı olmusan ?

Bəli, İlqar Abbasov Suraxanıya icra başçısı təyin olunan kimi bacanağı Etibar Yolçiyevi özünə müavin təyin etdi.
Adama deyərlər ki, o boyda icra hakimiyyətində bir layiqli kadr tapa bilmədin ki, mütləq öz bacanağını müavin təyin edirsən ?

Bura dövlət qurumudur ee, ay İlqar Abbasov, bacanaqların hakimiyyəti deyil.

Hamıya bəllidir ki, bacanaq söhbəti onunla bağlıdır ki, “evin sirri”, yəni İlqar Ababsovun maxinasiyaları bayıra çıxmasın.

Bəli, 16 il Suraxanıda iki bacanaq camaatın başına olmazın oyunlarını açdılar. Həmin illərdə rayon ərazisindəki ev tikintisi, torpaq satışı, qanunsuz küçə ticarətindən gələn milyonlara Yolçiyev nəzarət edib.

Hətta qanuni çıxarışı olan torpaq sahəsində tikinti aparmaq üçün bu bacanaqlar 2-3 min manat rüşvət tələb edirdilər. Təkcə rayonun Yeni Günəşli qəsəbəsində bu iki bacanağın onlarla ticarət obyektləri var. Təsəvvür edirsiniz, bu gün rayonun Bülbülə, Əmircan, Hövsan, Zığ, Yeni Günəşli, Yeni Suraxanı və Qaraçuxur qəsəbələrində boş torpaq sahəsi tapmaq olmur. Hamısını İlqar Abbasov sataraq milyonlar qazanıb.

İlqar Abbasovun Suraxanıda icra başçısı olduğu dönəmdə Suraxanı rayonu ərazisində 400-dən yuxarı qeyri-qanuni küçə ticarəti mövcud olub. İcazəsiz, lisenziyasız ticarətlə məşğul olan vətəndaşlardan aylıq pul yığılıb. Bunun miqdarı hər ay 50 min manatdan çox olub.

Yuxarıda əbəs yerə qeyd etmədik ki, İlqar Abbasov hara gedirsə, qohum-əqrəbasını da özü ilə aparır.

Bəli, İlqar Abbasov Şirvan şəhərinə icra başçısı təyin olunan kimi özünün Suraxanıdakı “kassiri” və bacanağı Etibar Yolçiyevi özünə köməkçi təyin etdi.

Guya Allah qoymasa Etibar Yolçiyev olmasa, Şirvan boyda şəhəri idarə etmək olmaz.
Cənab İlqar Abbasov, Şirvanda özünə bir köməkçi tapa bilmədin ?

Yenə təkrar edirik ki, bütün maxinasiyaları gizlətmək üçün komandaya “yad adam” buraxmaq olmaz.

Bəli, İlqar Abbasov Nərimanovda, Suraxanıda qazandığı təcrübəni indi də Şirvanda tətbiq edir.

Axı, yuxarıda qeyd etdik ki, Allah qoymasa, İlqar Abbasovun ikinci ixtisası politologiyadır. Bəli, sabiq səhiyyə naziri, hazırda partiya sədri olan Əli İnsanova cənab Abbasovun verdiyi dəstək də diqqətdən yayınmır.

İlqar Abbasovun yadına “ dəvəquşu və qum” məsələsini salmaq istəyirik.

Ancaq İlqar Abbasov nə qədər özünü qorumağa çalışsa da, fələk də öz işini görür. Digər icra başçıları kimi İlqar Abbasov da “siyasi səhv” buraxaraq özü özünün “fərmanını” verib.

Belə ki, icra başçısı İlqar Abbasov öz “kolleqaları” ilə yeyib-içmək məclisində mətbuatın məmurlar barədə yazdıqları məsələyə belə reaksiya verib:

“Guya ölkə rəhbərliyi bilmir ki, biz nə işlə məşğuluq?!”

Əlbəttə, İlqar Abbasov kimi icra başçıları satır, dağıdır, milyonlara sahib olur və nəticədə insanları hakimiyyətdən narazı salırlar.

Amma cənab Prezidentimiz də deyir ki, mən nəyi, nə vaxt eləməyi gözəl bilirəm.

Bəli, indi sənə növbə çatıb, cənab İlqar Abbasov. İçəridəki “kolleqa”ların yolunu gözləyir.

P.S Biz yazırıq, təmənna ummadan hüquq mühafizə orqanları araşdırsın, problemlərə göz yummadan. Birdə həmkarlarımıza bir xahiş edirik, kim kimdən nə alırsa özü bilər, bizə xahiş etməyin, biz nəyinsə müqabilində yazı çixartmırıq, üz vurmayın.

Gundəlik Baki

Bənzər Yazılar