Əli Həsənovun Hafiz Hacıyev planı ifşa olundu və … (VİDEO)

Print Friendly, PDF & Email

Prezidentliyə namizəd Hafiz Hacıyevlə “Kanal1 TV”-nin jurnalisti Teymur Kərimov arasında yaşanan qalmaqal böyüməkdədir.

Tendensiya.com xəbər verir ki, Teymur Kərimov tərəfindən yayılan səs yazısında Hafiz Hacıyev tərəfdən jurnalist və onun müsahibinin (şikayət edən xanımın – red.) ünvanına səslənən təhqirlərlə yanaşı prezidentliyə namizədin Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və baş nazirin müavini Əli Əhmədovla bağlı dedikləri yer alıb.

Həmin səs yazısında söyüş və təhqirlər yer aldığından oxucularımıza təqdim etməyi lazım bilmədik. Amma hüquqşunas Aslan İsmayılovun yaydığı səs yazısında söyüş və təhqir yer almadığından həmin videonu təqdim edirik:

Qeyd edək ki, Hafiz Hacıyev məlum səs yazısını özünə qarşı təxribat sayaraq iddiaları rədd edib.

Bununla belə Hafiz Hacıyevin məlum səs yazısından aydın olur ki, məhz Əli Həsənovun tapşırığı ilə məmurları sərt şəkildə tənqid edir. Bu məsələnin ictimailəşməsi və Hafizlə Hacıyevlə bağlı planlarının ifşa olunması Əli Həsənovu bərk narahat etdiyindən ortaya ictimai rəyi çaşdırmağa hədəflənmiş versiyalar buraxılmaqdadır. Bu versiyalardan biri sosial şəbəkələrdə hakimiyyətin mövqeyini müdafiə edən və müxalif fikirli insanları sərt tənqid edən Elnur Məmmədov (Vaqifoğlu) tərəfindən ortaya atılıb. Elnur Vaqifoğlunun səsləndirdiyi versiyada bildirilir ki, məlum qalmaqal Hafiz Hacıyevlə jurnalist Teymur Kərimovun birgə oyunudur. Məqsəd məmurları, xüsusi ilə də Əli Həsənovu şantaj etməkdir:

Qeyd edək ki, Hafiz Hacıyev prezidentliyə namizədlər üçün ayrılan pulsuz efir zamanı etdiyi çıxışlardan birində Əli Həsənovun ünvanına müsbət sözlər deyib və onu hakimiyyətə sədaqətli şəxs kimi təqdim edib.

Göründüyü kimi, Əli Həsənov məlum səs yazısından sonra hakimiyyətin qəzəbinə gəlməsinin qarşısını məhz bu cür yollarla almaq istəyir…