Cəmiyyət

Bakıda bir sinif koronavirusa görə distant təhsilə keçdi

Bakı şəhəri 162 nömrəli tam orta məktəbinin 8 ç sinfində 3 şagirdin COVİD-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Bu barədə AzToday.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, məktəbdə əyani təhsil davam edir.

Paytaxt məktəblərində çalışan təhsil işçilərinin 90 faizindən çoxu vaksin olunub. Tədris ocaqlarında pandemiya şəraitindən irəli gələn qaydalara ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.

Bənzər yazılar

Back to top button