Siyasət

Azər Xudiyev Səhiyyə nazirinə müavin gətirilir: Professor kimi əvəzləyəcək?

Səhiyyə nazirinin 1-ci müavini, nazir vəzifəsinin icraçısı Teymur Musayev nazirliyin strukturunda islahatlar aparmaq istəyir.

Qlobal.az-ı məlumatlandıran mənbə qeyd edir ki, son zamanlar nazirlikdə bir sıra yüksək vəzifəli şəxslərin işdən çıxarılmasının səbəbi uzun illərdir səhiyyə sistemini korrupsiyaya çevirmiş şəxslərdən təmizləməkdir.

Məlumata görə, nazirliyin aparat rəhbərinin, TƏBİB sədrinin və Bakı şəhər baş səhiyyə İdarəsinin müdirindən sonra vəzifədən azad edilmək növbəsi nazir müavinlərindədir.

Qeyd edilir ki, Teymurun Musayevin vəzifədən azad edəcəyi ilk müavin Elsevər Ağayevdir. Elsəvər Ağayevin yerinə isə professor Azər Xudiyevin təyin ediləcəyi deyilir.

Qeyd edək ki Azər Xudiyev Qara Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının baş həkimdir.

Xatırladaq ki, Elsevər Ağayev 1999-cu ildən Səhiyyə nazirinin müavinidir.

Bənzər yazılar

Back to top button