İdman

“Ronaldu sadəcə, əlavə problemlər yaradıb” – Ceymi Karrager

“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager İngiltərə Premyer Liqasının (İPL) 7-ci turunda – “Everyon”la ev oyununda (1:1) baş məşqçi Ule-Qunnar Sulşerin Kriştianu Ronaldunu ehtiyatda saxlamasına münasibət bildirib.

Fanat.az xəbər verir ki, onun söylədiklərini “The Telegraph” belə çatdırıb:

“Mançester Yunayted” hələ də komanda yox, şəxsiyyətlər toplusudur. Ronaldu sadəcə, əlavə problemlər yaradıb. Məhz bu üzdən MY heyətindəki adlara rəğmən, üç əsas rəqibinin səviyyəsinə çata bilmir. İki ev oyununda 5 xal itkisi onların qeyri-sabit çıxışının parlaq nümunəsidir”.

Qeyd edək ki, 14 xalı olan MY hazırda İPL-in turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button