Yusif Şəfiyevin məhkəmə prosesində ilginc gəlişmə: Vəsadət TƏMİN EDİLDİ – VİDEO

by Aztoday Xəbər Portalı

Bu gün-05.10.2021-ci il tarixində hazırda barəsində həbs qəti imkan tədbiri seçilən CBS Sport-un sabiq operatoru Yusif Şəfiyevin şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə növbəti məhkəmə prosesi keçirilib.

Yusifin atası, Qarabağ qazisi,Birinci Vətən Müharibəsi veteranı Nadir Şəfiyevin dediyinə görə onlar hakimə iki vəsatət təqdim ediblər:

-məhkəmənin istintaq araşdırılması ilə keçirilməsi;
-məhkəmənin açıq keçirilməsi.

Məhkəmə birinci vəsatəti,yəni məhkəmənin istintaq araşdırılması ilə keçirilməsi vəsatətini təmin edib.

Yusif Şəfiyevin ailəsi iddia edir ki, “Bakı Ağır Cinayətlər məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə 8 aydan çox davam edən proses qapalı keçirilib və həmin prosesdə zərərçəkən qismində iştirak edən AzTV-nin “Xəbərlər”ində müxbir olaraq çalışan Vəfa Ağabalayeva dəfələrlə bildirib ki, “bu işin arxasında AzTV-nin sədri Rövşən Məmmədov dayanır və ona görə də iş Prezident Administrasiyasının nəzarətindədir”. Bütün bu bəyanatlar və təzyiqlər nəticəsində proses küllü miqdarda pozuntularla keçirilib və nəticədə zərərçəkənin iddiaları sübuta yetirilməsə də müttəhim Yusif Şəfiyev 7 il 6 ay azadlıqdan məhrum edilib”. (aztimes.az)

Bənzər Yazılar