İqtisadiyyat

Kəmaləddin Heydərovun 1 milyonluq şirkəti barədə protokol hazırlandı

“Lotos Co Ltd” İstehsalat Marketinq və Nəqliyyat kompaniyası məhkəməlik olub.

32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə (Vergilərin, Rüsumlarin Ödənilməsi, Maliyyə Və Siğorta Qaydalari Əleyhinə Olan İX) protokol hazırlanaraq Nəsimi Rayon Məhkəməsinə təqdim edilib.

Nizamnamə kapitalı 1 milyon 642 min AZN olan şirkətin Qanuni təmsilçi İbrahim Əliyev Sabir oğludur.

Əldə etdiyimiz məlumata görə, DVX-nin şikayəti əsasında şirkət yığılmış vergi borcunu ödəyib. Hazırki borcu 3743 AZN-dir.

Mətbuatda gedən məlumata görə, “Lotos Co Ltd” İstehsalat Marketinq və Nəqliyyat kompaniyasının əsl sahibi fövqəladə hallar naziri Kəmaləddin Heydərovdir.Belə ki, nazirə məxsus olduğu deyilən “Gilan” Holding“Lotos Co. LTD” şirkəti “Gilan Holdinq” və “MKT” şirkətinin iştirakı ilə 1995-ci ildə Bakıda təsis edilib.

Bənzər yazılar

Back to top button