Dünya

Rusiyada iki azərbaycanlı 19 il həbs cəzası aldı

Rusiyanın Ryazan vilayətində yol polisi əməkdaşlarını güllələmiş iki azərbaycanlı 19 il müddətinə azadlıq məhrum edilib. Virtualaz.org yerli “62 info” nəşrinə istinadən xəbər verir ki, məhkəmə bu qərarı bu gün verib.

Mənbəyə əsasən, gənclərdən biri iki hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsddə, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqində və qanunsuz silah gəzdirmədə ittiham olunub. O, ciddi rejimli islah müəssisəsində olmaqla 16 il müddətinə azadlıqdan məhrum edilib.

İkinci azərbaycanlı isə yol polisi əməkdaşlarına qarşı zor tətbiqində təqsirli bilinərək, 3 il müddətinə azadlıq məhrum edilib.

Cinayət işinin materiallarına əsasən, 2016-cı ilin noyabr ayında birinci müttəhim polis əməkdaşının üzünü kəsərək hadisə yerindən uzaqlaşıb. Bundan az sonra yol polisi ekipajı yoxlama aparmaq üçün “Opel” markalı avtomobili saxlayıb və həmin maşında axtarılan şəxslə onun dostunu aşkar edib. Qaçmağa çalışaraq, onlar polislərə atəş açıblar. Heç kim xəsarət almayıb, atəş açanlar saxlanılıb.

Hökm hələlik qanuni qüvvəyə minməyib və müdafiə tərəfi ondan apellyasiya şikayəti vermək niyyətindədir. Vəkilin fikrincə, hökmün çıxarılması üçün yetərli dərəcədə sübut yoxdur. Əksinə, cinayət işinin materiallarında təqsirli bilinənlərin təqsirlərinin olmadığını göstərən hallar mövcuddur.

Bənzər yazılar

Back to top button