GündəmSiyasət

İsrail səfiri Xamneyinin cavabını verdi: “Hərbçilərimizin Qarabağda olması xəbərləri…”

“İsrail hərbçilərinin Qarabağda olması haqqında danışmaq böyük axmaqlıqdır, bu fikir fantaziyadan başqa bir şey deyil. Bu məlumatlar cəfəngiyatdır”.

APA RİA Novosti-yə istinadla xəbər verir ki, bunu İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi ölkəsinin Silahlı Qüvvələrinin Qarabağda mövcud olması ilə bağlı fikrə münasibət bildirərkən deyib.

Səfir əlavə edib ki, bu fikir Qarabağda marslıların olması kimi bir xəyala bənzəyir: “Düşünürəm ki, bu fikir böyük axmaqlıqdır, Dağlıq Qarabağ bölgəsindən danışırıqsa, orada həm Rusiya, həm də Türkiyə var”.

Bənzər yazılar

Back to top button