Ekologiya Nazirliyi paxlava yeyib dron uçurdub şou göstərir ya… (VİDEO)

by Aztoday Xəbər Portalı

Son günlər ETSN saxta əməlləri ifşa olunan sahələr bitməylə tükənmır. 18 mart 2021-ci ildə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Göytəpə meşəbəyliyinin 13 saylı dolayında 1.00 hektar əraziyə ağcaqayın tingləri və şabalıdyarpağ palıd qozaları əkilmişdi. Sözügedən əkin kompaniyasında ETSN-nin müavini Firdovsi Əliyev, mətbuat katibi İradə xanım, Xidmət rəisi Namiq Xıdırov, “Real” tv-nin əməkdaşları və digər nümayəndələr də iştirak edirdi. Orada təntənəli novruz bayramı süfrəsi də açılmışdı. Süfrədə paxlava, şəkərbura, qoz, fındıq və s İlahi nemətlər var idi . Çəkiliş edib dron uçurdurdular. Baxanda sanki elə gözəl mənzərə yaranmışdı ki , adamı lap valeh edirdi. Hər kəsin əlində bir kürək həvəslə o fidanları və palıd qozaların torpağa əkirdilər. O əkilən fidanlar və palıd qozaları haradan biləydilər ki, əkiləndən sonra, onlar haqda bir daha maraqlanan olmayacaq və bunun bir “şou” olduğun heç anlamırdılar. Əgər anlasaydılar və danışmağa dilləri olsaydı, o zaman fəryad edib deyərdilər ” Yalandan bizi əkib sonra bizlə marağlanmayacağnizsa, o zaman niyə bizi məhv edirsiniz !”. Yalandan bu sözügedən əkinə saxta naryadlar (fəhlə pulu və s) yazılıb sentyabr 2021-ci ilə kimi.

Bir qrup şikayətçinin şikayəti əsasında “ecofront” ictimai birliy gəlib sözü gedən əkin yerlərin ilə tanış olub çəkiliş etdilər. Orada elə dəhşətli bir mənzərə ilə qarşılaşdılar ki: 5 ay öncə əkilmiş o fidanlar quruyub, əkin yeri isə at peyinləri və mal-qara təzəyləri ilə dolmuşdu. Baxanda sanki, bir xarabalığı xatırladırdı.
Masallı RMTM-də 3 ştatlı və 30 yaxın isə ştatdan kənar fəhlə vardır. Hər ay o fəhlələrə
7 000 manat çıvarında dövlət büdcəsindən pul silinir. Görəsən niyə o əkinə və fəhləyə ayrılan vəsait meşələrin mühafizəsinə sərf olunmur?! Deməli burada bəzi maraqlar var.

Olmayan əkinlərə saxta koordinat vurularaq və saxta fotoşəkillər çəkilir.

Örtülü meşəyə realda olmayan əkini saxta yolla keçirdillər. Gigər təbii meşələrdən göstərib oranın koordinatların vururlar. Bəzən elə olur ki, olmayan əkin üçün, hər hansı bir bağ və ya bir yaşıllığı fotoşəkillərin çəkib saxta yolla o koordinatların yanına əlavə edillər ki, guya həmin əkin yeridir.

Bu biyarçı vəziyyətin üstünü 4 sentyabr 2021-ci “ecofront ” əməkdaşları açdı və ETSN hələ də mətbuatda işığlanan olaylara çıxıb açıqlama verə bilmirlər və barədə bilməyəcəklər. Çün ki, qatığ ağ ola-ola ona “qara” demək olarmı?
04 oktyabr 2021-ci Meşələrin İnkişafı Xidmətində iclas keçirildi. İclasa MTM-nin baş meşəbəylərin, kadastr və əkin mühəndislərin dəvət etmişdilər. Xidmətindən onlara bildirildi ki, artıq vəziyyət çox pisdir, vurulan əkinlərin koordinatları fotoşəkillərlə düz gəlmir. Gedib, həmin yerləri yenidən işləməliisiniz. Məgər olmayana əkinə koordinat vurub oranı əkin yeri göstərməkmi olar?! Buna heç cür don geyindirmək olmaz. Tak şto, dövləti və milləti aldatmayın!

Demişdiniz əkinlər qaydasındadır. O zaman gəlin gedək o əkinləri göstərin! Əlbətdə olmayan əkinin nəyi göstərə biləcəksiniz. (azerinfo.az)

Bənzər Yazılar