Əvəz Qocayevlə Saleh Məmmədov arasında gərginlik: nələr aşkara çıxıb? – TƏFSİLAT

by Aztoday Xəbər Portalı

Avtomobil Yolları Dövlət Agentliyi rəhbərliyində münasibətlər İran-Azərbaycan arasındakı gərginliyə bənzər səviyyədə pisləşib. Xeyli zamandır ki, gizli şəkildə gedən proses artıq açıq, müstəviyə keçib və bəzi nüanslar idarə heyətinin sədri Saleh Məmmədova agah olub. Xüsusən də onun I müavini Əvəz Qocayevin media ilə əlaqələrindən xəbər tutması işlərinə düyünə salıb.

Tia.az-ın xəbərinə görə, AAYDA rəhbəri müavini ilə bağlı öyrənib ki, Ə. Qocayev mətbuatla ciddi əlaqələrə malikdir və eqoistcasına özünə piar kampaniyası qurmaqla məşğul imiş.

Əvəz Qocayev

S.Məmmədova aydın olub ki, müavini bu zaman kəsiyində onun müdafiəsi üçün heç bir iş görməyib, sədr barəsində gedən tənqidi materialların Qocayevə yaxınlığı ilə bilinən bəzi mətbuat orqanlarında qarşısını almayıb. Bu məsələlərin aşkara çıxması sədri möhkəm qəzəblənib və bildirilir ki, Qocayevlə arası dəyib. O da xəbər verilir ki, Əvəz Qocayevin hakimiyyətdə də nüfuzlu şəxslərlə əlaqələri, müəyyən dayaqları var və sədr vəzifəsinə yüksəlmək ambisiyası güdür. S. Məmmədovun yaş senzi ilə əlaqədar vəzifədən gedişi yaxınlaşdığı üçün Ə. Qocayev onun kreslosuna sahiblənmək istiqamətində işini intensivləşdirib, dayaqları ilə əlaqələrini fəallaşdırıb. Bunu da öyrənən S. Məmmədov ikiqat əsəbləşib və baş verənləri arxasından iş çevirmək kimi qiymətləndirib. Bəzi iddialar səslənir ki, Qocayevin sədr təyin olunması üçün məsləhətləşmələr gedir. Bu səbəbdən müavin mətbuatdakı həmin rıçaqlarını işə salaraq prezidentə müsbət təqdimatının getməsi üçün hazırlıq görür. Qeyd edək ki, həm sədrin, həm müavinin barəsində kifayət qədər korrupsiya ittihamları səslənib, ölkədə və xaricdəki biznes, əmlak siyahıları açıqlanıb. Ümumiyyətlə, AAYDA yeyinti olan qurumlardan biri kimi həmişə diqqət mərkəzinə gəlir. Ə. Qocayev isə heç zaman qurumun tənqid olunması, yaxud sədrin adı keçən materialların qarşısının alınması üçün çalışmayıb, media əlaqələrini yalnız öz mənafeyi naminə xidmət etdirib. İndi bunu eşidən S. Məmmədov müavini ilə bağlı hansı addım atacağını düşünür, bunu demək çətindir.

Bənzər Yazılar