Pakistanda güclü zəlzələ: 20 nəfər ölüb, yüzlərlə yaralı var

by Aztoday Xəbər Portalı

Pakistanın Bəlucistan əyalətində 5,7 bal gücündə zəlzələ baş verib.

Qaynarinfo xəbər verir ki, zəlzələ Qrinviç vaxtı ilə saat 22:01-də (Bakı vaxtı ilə saat 02:01) qeydə alınıb. Yeraltı təkanların episentri Harnai şəhərindən 14 kilometr şimal-şərqdə, ocağı isə 20,8 kilometr dərinlikdə yerləşib.

Zəlzələ zamanı həlak olanların sayı 20 nəfərə çatıb. Bu barədə “Dawn” qəzeti Təbii Fəlakətlərlə Mübarizə üzrə İdarəsinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, təbii fəlakət zamanı 300-dən çox insan xəsarət alıb.

Nəşrin məlumatına görə, yeraltı təkanlar əyalətin Kvette, Sibbi, Pişine, Çaman və digər şəhərlərində hiss edilib. Hakimiyyət orqanları təbii fəlakətin fəsadlarının aradan qaldırılması və qiymətləndirilməsi ilə məşğuldur. Qeyd edilir ki, əyalətin inzibati binaları dağılıb.

Bənzər Yazılar