İqtisadiyyat

Deputat AZAL-ı tənqid etdi: “Vətən onları maraqlandırmır”

Azərbaycan rəsmi şəkildə Ermənistanın hava məkanından istifadə etməyə başlayıb. Beləliklə, bundan sonra AZAL Bakı-Naxçıvan reysini yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər.

Ermənistan üzərində hava yolunun açılması Azərbaycanla Türkiyə arasında məsafəni, bununla da yanacaq sərfiyyatını xeyli azaldacaq.

Maraqlıdır, Türkiyə ilə məsafənin azalması təyyarə biletlərində qiymətlərin azalmasına səbəb ola bilərmi?

Milli Məclisin deputatı Fazil Mustafa Modern.az-a bildirib ki, məsafənin azalmasına baxmayaraq biletlərin qiyməti azalmaq əvəzinə artacaq: “Çünki Azərbaycanda müəyyən qurumlar var ki, bunlar hər fürsətdən istifadə edirlər. Onlar gözləyirlər ki, məsafə azalsa belə qiymətləri artırırlar ki, qazanc əldə etsinlər. Onları Azərbaycan insanı, Vətən maraqlandırmır. Əksinə, deyəcəklər ki, “Ermənistanın üstündən uçuruq, onlara da görüm-baxıb etməliyik”. Mən ümid etmirəm ki, qiymətlər azalacaq”.

Bənzər yazılar

Back to top button