İdman

“Hakim Türkiyənin qapısına iki penalti təyin edəcəyini dedi” – Şok etiraf

UEFA Millətlər Liqasının Türkiyə – İsveç matçı ilə bağlı qalmaqallı açıqlama verib.

Fanat.Az xəbər verir ki, bu açıqlama ilə İsveç millisinin üzvü Markus Berq çıxış edib. Futbolçu bildirib ki, qarşılaşmanın rumın baş hakimi İstvan Kovaç ona ikinci yarıda Türkiyənin əleyhinə iki penalti təyin edəcəyinə söz verib.

UEFA Uluslar B Ligi 2. Grup’ta Isvec’in, 71. dakikada penalt?dan att?g? golle deplasmanda Turkiye’yi 1-0 yenmesinin yank?lar? Isvec’te suruyor.

İsveçin “Aftonbladet” qəzetinə danışan Markus Berq ilk yarıda bir epizodda cərimə meydançası daxilində ayağından zərbə aldığını və bu epizodla bağlı fasilədə hakimlə danışdığını bildirib: “Fasilədə hakimlə söhbətimiz oldu. Mənə “əgər etiraz etdiyin epizod penalti idisə, sənə ikinci hissədə iki penalti verəcəm” dedi”.

Berq jurnalistin “Hakimlə danışdıqdan sonra sizə kömək etdi” sualına “Bilmirəm. Mənim bildiyim odu ki, oyunda iki penaltmiz var idi. Amma hakim birini verdi” deyib.

Qeyd edək ki, İsveç Türkiyəni 1:0 hesabı ilə yenib. Yeganə qola 71-ci dəqiqədə penaltidən Andreas Qranqvist imza atıb. Nəticədə Türkiyə C Liqasına düşüb, İsveç isə ikinci pilləni tutub.

Bənzər yazılar

Back to top button