HadisəManşet

Azərbaycanın yol polisi Almaniyada yaşayan QHT rəhbərini cərimələdi (FOTOFAKT)

2014-ci ildən siyasi səbəblərə görə ölkəni tərk edib Almaniyada yaşamaq məcburiyyətində qalan vətəndaş cəmiyyətinin tanınmış üzvlərindən olan Elçin Abdullayevi son 3 ildə Azərbaycanın yol polisi bir-neçə dəfə cərimələyib.

AzToday.az xəbər verir ki, bu barədə Elçin Abdullayev sosial şəbəkə hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, hələdə Azərbaycana girişi yasaqdır:

“Amma mənə qarşı təxribatları davam edir. Artıq hakimiyyət yeni metodlara başlayib. Bir neçə yaxın adamımı, Bacim daxil olmaqla yol polisləri cərmələyib. Deyilənlərə görə mən onların avtombilini sürərkən “RADAR”a düşdüyümü deyiblər.

Əlavə problem yaşanmasın deyə insanlar cərməni ödəyiblər…

Mən də bildirməyiblər.. Bunlardan biri: “10.07.2019-ci ildə baş verib, deyilənə görə sürət həddini aşmişam…”

Bənzər yazılar

Back to top button