Bizim seçimİqtisadiyyatManşet

“İncik sabiqlərin” ilk intiqamı

Maltada bankirin həbsinin pərdəarxası məqamları

Maltada fəaliyyət göstərən “Pilatus” Bankın rəhbəri Əli Sədr Haşemi Nejadın ABŞ-da həbs olunmasında Azərbaycanın sabiq nazirlərinin rolu olub.

Bu barədə daxil olan xəbərdə qeyd edilir ki, Azərbaycan hakimiyyəti ilə sıx əlaqələri olduğu deyilən bankirin barəsində ABŞ hüquq-mühafizə orqanlarına məlumat verənlər sırasında vəzifədən çıxarıldıqdan sonra hakimiyyətdən narazı qalan Fazil Məmmədov (sabiq vergilər naziri), Ziya Məmmədov (sabiq nəqliyyat naziri) və Fərhad Əliyev (sabiq iqtisadi inkişaf naziri) də var.

Əli Sədr Haşemi Nejadın rəhbəri olduğu “Pilatus” bankı Maltada öldürülmüş Dafnə Qalizia adlı jurnalistin yaydığı məlumatlardan sonra beynəlxalq mətbuatın gündəminə gəlmişdi. 2017-ci ilin oktyabrında öldürülmüş jurnalist bu bankla bağlı yazırdı ki, bankda işləyən şəxslərdən biri ona məlumat ötürüb. Jurnalist də həmin məlumatı dərc etmişdi. Məlumatda “Pilatus” bankın depozitlərinin 60 faizinin Əliyevlərə və fövqəladə halalr naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilirdi. Bundan əlavə, bu bank Əliyevlərlə Maltanın Baş naziri Jozef Muskat ailəsi arasındakı 1 milyon dollarlıq pul köçürməsində də iştirak etmişdi və elə bu haqda da sonra qətlə yetirilmiş jurnalist yazmışdı.

24saa.org-u məlumatlandıran mənbənin sözlərinə görə, yuxarıda adları çəkilən hər üç naziri birləşdirən ortaq maraq onların hakimiyyətdən incik olması və ən əsası, sabiq həmkarları Kəmaləddin Heydərovla düşmənçilik münasibətləridir. Xüsusilə Ziya Məmmədov, Fazil Məmmədov, həmçinin vaxtilə Fərhad Əliyev hakimiyyətin bütün rəsmi və qeyri-rəsmi maliyyə məsələlərində birbaşa iştirak edən şəxslər olduqları üçün “Pilatus” bankla bağlı bütün məlumatlara malik olublar. Araşdırmaçı jurnalist Dafnə Qalizianın qətlindən sonra diqqətə gələn və Azərbaycanla əlaqələri gündəmə çıxan zaman “incik sabiqlər” sözügedən məlumatları “aidiyaytı instansiyalara” çatdırıblar. İddiaya görə bu instansiyalara əlçatımlığın təmin edilməsində isə Ziya Məmmədovun oğlu Anar Məmmədov xüsusi rol oynayıb. Yada salaq ki, Anar Məmmədovun ABŞ-ın hazırkı prezidenti Donald Trampın seçki kampaniyası zamanı maliyyə yardımı ayırması barədə dəfələrlə mediada məlumatlar dərc edilib və təkzib edilməyib. Hətta Ziya Məmmədovun vurulmasının əsas səbəbinin də məhz Trampla əlaqələrinin olması barədə də rəylər var.

İddialara görə, hər üç sabiq nazir bu əlaqələrdən istifadə edərək, həm əzəli rəqibləri Kəmaləddin Heydərova, həm də vəzifədən çıxarıldıqdan sonra incik qaldıqları hakimiyyətdən qisas almaq üçün bankın szöügedən əməliyyatları barədə səhih məlumatları ABŞ-a ötürüblər.

Qeyd edək ki, Əli Sədr Haşemi Nejadın ABŞ-da həbs olunması xəbəri bir neşə gün öncə “Reuters” agentliyi yayıb. 6 maddə üzrə ittihamın mahiyyəti ondan ibarətdir ki, o, İrana qarşı ABŞ hökumətinin tətbiq etdiyi sanksiyalara məhəl qoymayıb, İranla Venesuela arasında tikinti sahəsində bağlanmış müavilədə nəzərdə tutulan 115 milyon dolların İrana ötürülməsini sanksiyalardan yan keçərək təmin edib.

Manhetten prokuroru Cefri Berman bu hadisə ilə bağlı verdiyi bəyanatda deyib: “Əli Sədr Haşemi Nejad müxtəlif variantlar tətbiq etmək yolu pulların İrana getməsini pərdələmiş və bununla da ABŞ qanunvericiliyini kobudcasına pozmuşdur”.

İttihamlar təsdiqini taparsa, Əli Sədr Haşemi Nejadı 125 il həbs gözləyir.

Bənzər yazılar

Back to top button