Dünya

İran Fars körfəzində Amerika gəmisini ələ keçirdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun qayıqları Fars körfəzində ABŞ gəmisini ələ keçirib. Bu barədə ölkənin dövlət televiziyası xəbər verir.

Yayılan videoda sürət gəmilərindən birindən çəkilmiş kadrları nümayiş etdirilir. Kadlarda, Amerika bayrağı ilə üzən bir gəmi, eləcə də göyərtədə olan bir neçə nəfər lentə alınıb.

“İran donanması Fars körfəzindəki Amerika və xarici qüvvələr üzərində tam üstünlüyünü nümayiş etdirib”, – reportajda deyilir.

ABŞ-ın 5-ci Dəniz Donanmasının Bəhreyndəki nümayəndəsi Timothy Hawkins, öz növbəsində, son günlər belə bir hadisə haqqında heç bir şey bilmədiyini söyləyib.

Hadisənin təfərrüatları, eləcə də videonun çəkildiyi vaxt məlum deyil.

virtualaz.org

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button