Dünya

Məmur yanğına görə diz çöküb, üzr istədi (VİDEO)

Rusiyanın Kemerov vilayətinin vitse-qubernatoru Sergey Çivilev ticarət mərkəzində 64 nəfərin ölümünə səbəb olan yanğına görə hər kəsin önündə diz çökərək üzr istəyib.

AzToday.az xəbər verir ki, Kemerov vilayətinin əsas meydanında 7 saat davam edən mitinqdən sonra vitse-qubernator iştirakçılara müraciət edib. Diz çökən Sergey Çivilev “Mən sizdən üzr istəyirəm” deyib.

İnsanlar isə onun bu addımını alqışlayıblar və daha sonra bir çoxu meydanı tərk etməyə razı olub.

https://youtu.be/Nlpouml0Zf0

Bənzər yazılar

Back to top button