Ramiz Zeynalovun bacısı oğlu vəzifəsindən azad edildi

by Aztoday Xəbər Portalı

Tovuz rayonunda yerləşən 10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinin (“MERO”) rəisi Xəqani Əsgərov vəzifəsindən azad edilib.

AzToday.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, X.Əsgərov təqaüdə göndərilib.

Nazirin digər əmri ilə, onun yerinə polis mayoru Vüqar Orucov təyinat alıb. Qeyd edək ki, V.Orucov bu təyinatadək Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsinə çalışıb.

Xatırladaq ki, Xəqani Əsgərov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun bacısı oğludur.

Bənzər Yazılar