Hadisə

“Prezidentin verdiyi sərəncam və fərmanlara baxmırlar” (ŞİKAYƏT)

“65 yaşım tamam olsa da, 5 aydır pensiya ala bilmirəm”.

Bunu Qaynarinfo-ya açıqlamasında Salyan rayon Seyidsadıqlı kənd sakini Firudin Tagıyev deyib.

Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şobəsi onu get-gələ salır:

“5 aydır ki, 65 yaşım tamam olub. Qanunla 64 yaşımda əmək pensiyasına çıxmalıydım. Düz bir ildir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Salyan rayon şöbəsi məni süründürür. Rayonda bütün yaşıdlarım pensiya alır. Məndən idarədə hansı sənədi istədilərsə, hamısını təqdim elədim. Dedilər ki, 65 yaşın tamam olan kimi pensiya alacaqsan”.

Firudin Taığıyev 1965-ci ildən bu günə kimi işlədiyini deyir:

“55 ildir ki, fasiləsiz işləyirəm. Pensiya almaq üçün isə idarə müdiri ilə baş mühasibin otağının arasında qalmışam. İdarə müdirinin qəbuluna gedirəm, göndərir baş mühasibin yanına. Baş müsahib də hər gedəndə “filan sənəd qalıb” deyə bəhanələr gətirir. Mən dərdimi kimə deyim? 65 yaşlı kişini süründürməklə məşğuldurlar. Prezidentin verdiyi sərəncam və fərmanlara baxmırlar”.

Bənzər yazılar

Back to top button