Dünya

İŞİD 2 kəndə hücum etdi

İŞİD terrorçuları İraqın Süleymaniyə şəhərindəki Qermiyan bölgəsindəki Qulale qəsəbisinin 2 ayrı kəndinə hücum təşkil edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Um Hutte kəndinə edilən hücumda kənd rəhbəri Əli Hidan və Hüseyn adlı oğlu güllələnib. Onun 13 yaşlı qızı da yaralanıb və xəstəxanaya aparılıb. Digər bir oğlu isə terrorçular tərəfindən qaçırılıb.

İkinci hücum Şeyx Bave kəndinə təşkil edilib və kənd idarəçisi Məhəmməd Mola qətlə yetirilib.

Bənzər yazılar

Back to top button