Siyasət

Arutunyanın devrilməsi planı işə düşüb – Bir qrup separatçı aksiyalara başlayır

Qarabağdakı separatçıların lideri Araik Arutunyanın devrilməsi planı işə düşüb.

Qaynarinfo xəbər verir ki, artıq bir qrup separatçı Arutyunanın istefası tələbi ilə aksiyalara başlayacağını bəyan edib.

“Ədalət Partiyası”nın “rəhbəri” David Qalstyan deyib ki, onların məqsədi Arutyunyanı istefaya göndərmək və “yeni hökumət” qurmaqdır. Onun sözlərinə görə, hazırda Qarabağda və Ermənistanda insanlar nə baş verdiyinin fərqində deyillər:

“İstər müharibə zamanı, istərsə də müharibədən sonra günahkar axtarışları var idi. Bununla bağlı müxtəlif yalan məlumatlar yayırlar. Məsələn, “Qarabağ xalqı” qaçdı”, “Şuşanı müdafiə etmədi” kimi tezisləri Qarabağdakı rejim yayır. Xalqı Şuşanın süqutunda ittiham edirlər. Bunun səbəbini soruşduqda deyirlər ki, Paşinyandan ehtiyat edirlər”.

Separatçı əlavə edib ki, “DQR”in maliyyələşdirilməsi və sosial problemlərin mövcudluğu fonunda tamamilə müdafiəsiz qalıblar: “Bu yaxınlarda Nikol Paşinyan dedi ki, Şuşada heç bir bina tikilməyib. Arayik Arutyunyan ona cavab verə bilər. Lakin bunu etmir, Paşinyana yalan danışmağa icazə verir”.

Qalstyan deyib ki, Qarabağ öz “qurumları”nı, “ordusu”nu qurmalı və onları danışıqlar prosesinə cəlb etməlidir: “Rus sülhməramlılarının Qarabağda olması bizə çox kömək edir. Bu, qüvvələrimizi yenidən səfərbər etmək üçün vaxt verir. Həm də ümid edək ki, Ermənistanda yenicə başlayan küçə mübarizəsi uğur qazanacaq. Bu baş verərəsə, Qarabağdakı hakimiyyət də mübarizəsiz gedəcək. Çünki Arayik Arutyunyan Paşinyanın sayəsində hakimiyyət başındadır”.

Bənzər yazılar

Back to top button