Dünya

“Diplomat böhranı” Rusiya iqtisadiyyatını çökdürdü: rubl və birja “batdı”

ABŞ və 14 Avropa İttifaqı ölkəsinin Rusiya diplomatlarını ölkədən qovmaq barədə qərarları rubl və Moskva birjasında geriləməyə səbəb olub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, rus rublu dollarla müqayisədə 0,1 dəyər itirərək 57,2-yə, euro ilə müqayisədə isə 0,38% düşərək 71,1-ə geriləyib.

Moskva birjasının indeksi qərardan sonra 0,8% dəyər itirib və 2,268-ə, Rusiya Ticarət Sisteminin indeksi isə 0,9% düşərək 1,250-ə bərabər olub.

Qeyd edək ki, sabiq rus agenti Sergey Skripalın İngiltərədə zəhərlənməsindən sonra ölkələr rus diplomatlarını deportasiya etməyə başlayıblar.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button