Siyasət

Rəsmi Tbilisi Bakı və Yerevana nə təklif etdiyini dəqiqləşdirir

Gürcüstanın vasitəçiliyilə Ermənistan və Azərbaycan arasında əməkdaşlıq üçün platforma ATƏT-in Minsk Qrupunun məşğul olduğu nizamlanma məsələlərinin müzakirəsini nəzərdə tutmur. Bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani cümə günü Gürcüstan İctimai Televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bundan öncə Bakı və Yerevan arasında əlaqə üçün Tbilisidə meydançanın yaradılması ilə bağlı baş nazir İrakli Qaribaşvilinin irəli sürdüyü təşəbbüs infrastruktur məsələlərinin müzakirəsini nəzərdə tutur.

“Biz ATƏT-in Minsk Qrupu formatında müzakirə olunan məsələlərin müzakirəsini təklif etmirik. Söhbət sırf infrastruktur məsələlərindən, iqtisadi, nəqliyyat layihələrindən, logistikadan gedir”, – Zalkaliani deyib. (Turan)

Bənzər yazılar

Back to top button