Hadisə

Aqrar İnkişaf Mərkəzinin direktorunun ölümündə baş mühasib şübhəli bilinir

Oktyabrın 8-də saat 13:00 radələrində Goranboy Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında mərkəzin direktoru Ziyad Əhmədov qətlə yetirilib. Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Məlumata görə, arasdırmalarla şəxsi münasibətlər zəminində yaranmış mubahisə zamanı Mərkəzin baş mühasibi Mirhadi Bağırovun Əhmədova bıçaqla xəsarət yetirərək qəsdən oldurməsinə əsaslı subhələr yaranıb.

Məlumatda vurğulanır ki, faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mirhadi Bağırov sübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bənzər yazılar

Back to top button