Azərbaycan internet sahəsində inqilaba hazırlaşır: Starlink gəlir (FOTO)

by Aztoday Xəbər Portalı

Starlink Peyk operatorunun səhifəsindən görsənir ki, artıq Azərbaycanda bəzi ərazilər bu peyklərin əhatə dairəsinə daxil edilib. Buradan belə qənaətə gəlmək olar ki, bu ərazilərdə yaşayanlar gələn il Starlinkdən təxminən 50 – 500 Mbit sürətində internet xidməti ala biləcəklər.

AzToday.az xəbər verir ki, bu barədə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Onun sözlərinə görə, xidmətə qoşulmaqla bağlı 2 ciddi problem ola biləcək:

“Birincisi odur ki, peyk interneti əldə etmək istəyənlər peyk antennası + modem üçün gərək təxminən 500 $ xərc çəksinlər. Aylıq abunə də 100 $ nəzərdə tutulub. İkinci əsas problem isə ondan ibarətdir ki, bizim ölkənin tənzimləyici qurumu gərək Starlink-lə, İlon Maskla peykdən yayımın qəbulu üçün razılığa gəlsinlər.

Bir çox qonşu ölkələr, Gürcüstan, Qırğızıstan, Qazaxstan və Ukrayna artıq bu istiqamətdə ciddi addımlar atıblar, müqavilələr bağlayıblar. Onlar ucqar ərazilərdə bu xidmətdən istifadəni nəzərdə tuturlar.

Düşünürərm ki, ölkəmizdə də, hazırda internet infrasturktur olmayan, qurulması baha başa gələn ərazilərdə, həm də ümumiyyətlə alternativlik üçün bu texnologiya ilə internet xidmətlərinə əlçatanlıq faydalı olardı.

Ümid edirəm, yaxın vaxtlarda telekommunikasiya sektorunda yaradılması nəzərdə tutulan tənzimləyici qurum bu məsələni də diqqət mərkəzində saxlayacaq.

Yeri gəlmişkən, bildiyim qədər Azərkosmos da bu istiqamətdə peyk operatorları ilə danışıqlar aparırıdı. Elə bu il, Azərkosmos Çinin Satelliteherd şirkəti ilə müqavilə bağlayıb və şirkət artıq özünün nəhəng peyk antennasını da Azərkosmos-un Peyk İdarəetmə Mərkəzində quraşdırıb”.

Orxan Məmmədli

AzToday.az

Bənzər Yazılar