Dünya

Türkiyə “F-16″ları qaldırdı: İranla sərhəddə mövqelər darmadağın edildi

Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatının lideri Murad Karayılanın Qəndildə gizləndiyi ən əhəmiyyətli sığınacaqlardan biri olan Bole düşərgəsinə “F-16” qırıcıları ilə zərbələr endirib.

Hücum nəticəsində PKK-ya aid ideoloji təlim düşərgəsi, hərbi mövqeləri, yaralı terrorçuların müalicə olunduğu bir xəstəxana olaraq istifadə edilən iki ayrı nöqtə və radio komanda mərkəzi yararsız hala düşüb.

Eyni zamanda, Şivan, Seydan və Xase vadilərinin kəsişməsində, dərə yatağında dronlarla həyata keçirilən başqa bir hava əməliyyatında biri PKK-nın logistika işlərinə məsul şəxs olmaqla iki terrorçu zərərsizləşdirilib, bir sıra mövqeləri bombardman edilib.

Əməliyyatın İran və İraq sərhədində yerləşən Süleymaniyyə bölgəsində keçirildiyi bildirlib.

Əməliyyatların davam etdiyi Avaşin-Basyan bölgəsində dünən zərərsizləşdirilən 12 terrorçudan birinin – Rüstəm ləqəbli şəxsin PKK-nın Şərq qərargahına rəhbərlik etdiyi bildirilib. Digər yandan, Metinada da 2 PKK/KCK terrorçusu zərərsizləşdirilib.(Teleqraf.com)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button