Hadisə

Türkiyəli həkimlər “DünyaGöz” kilinikasında xəstəni aldadıblar – ŞİKAYƏT

Bakıda yerləşən məşhur göz klinikası “DünyaGöz”də vətəndaşla həkimlər arasında insident yaranıb. Bir müddət əvvəl ölkə mediasında vətəndaş Gülçöhrə Bəşirovanın “DünyaGöz” klinikasında gözündəki paralitik çəplik diaqnozu ilə əməliyyat olunması, əməliyyatdan sonra çəpliyin düzəlməməsi, üstəlik, vətəndaşın görmə qabiliyyətinin də zəiflədiyinə dair xəbər yayılmışdı.

Gülçöhrə Bəşirovanın sözlərinə görə: “Klinika mənim gözümü “dışa kayma” dioqnozu ilə əməliyyat edib. Bu çəplik mənim 1 gözümdə var. Amma çox pul almaq üçün hər iki gözü əməliyyat ediblər. Əməliyyatdan sonra həmin həkim Azərbaycandan qaçıb, gedib. Daha gəlmir. Adı Halit Özhisar idi. Əməliyyatla çəpliyin düzələcəyinə 100 faiz zəmanət vermişdi. Amma əməliyyatdan sonra nəinki gözümdəki çəplik düzəlmədi, hətta, görmə qabiliyyətim də zəiflədi”.

Gülçöhrə Bəşirova bildirir ki, o, klinika barədə polisə və prokurorluq orqanına müraciət edib: “Türkiyədən başqa bir həkim gətiriblər – Halil İbrahim Altınsoy. O, mart ayında gözümü müayinə edib dedi ki, “əməliyyat nəticə verməyib, təzədən əməliyyat etmək lazımdır, amma onunla da düzələcəyinə zəmanət vermirik”. Üstəlik, 6 ay da gözləməli olduğumu dedi. 6 ay tamam oldu. Çəplik düzəlmədi, görməyim daha da zəiflədi. Getdim klinikaya ki, məndən dələduzluqla aldığınız pulu geri qaytarın, gedib öz başıma bir çarə edim. Bunlar dələduzluqla məndən 4480 manat pul alıblar. İndi də Türkiyədən gələn professor Halil İbrahim Altınsoy da şərik olub onların yalanlarına. Həkimi öyrədiblər ki, başqa söz desin. O da gözümü müayinə edib deyir ki, “dışa kayma” var, amma əməliyyata aid deyil. Necə yəni? Mən elə “dışa kayma” probleminin düzəlməsi üçün əməliyyata girib sizə 4480 manat pul ödəmişəm. Madam ki, “dışa kayma” hələ də var, deməli, siz mənə qarşı dələduzluq edib pul almısınız. Yox, əgər belə etməmisinizsə, o zaman ödədiyim vəsaiti geri qaytarın, mən başımın çarəsinə baxım. Yoldaşımla birgə getdik klinikaya. Dedilər ki, “sizin vəsaitinizi geri qaytarmırıq, gedin, hara şikayət edirsinizsə, edin”. Yoldaşım dərhal polisə müraciət elədi. Onu nə həddə çatdırdılarsa, ard-arda deyirdi ki, “benzin töküb özümü yandıracam bu klinikanın qabağında”. Klinika barədə cinayət işi açıldı, prokurorluğa göndərildi”.

Vətəndaş onu da bildirir ki: “Ya DünyaGöz klinikası bizə dəyən maddi ziyanı ödəyəcək, ya da klinikanın bu cür dələduzluqlarına tuş gələn adamları toplayıb klinikanın önündə aclıq aksiyasına başlayacaq, hər iki ölkənin mediasında tirajlayacağıq. Onlar özlərini kiminsə himayəsində hiss edib çox arxayınca özbaşınalıq edirlər. Bütün bunlarla mübarizəmizə son verməyəcək, məsələni məhkəməyə də daşıyacağıq. Lakin buradan səslənirəm ki, DünyaGöz klinikasından zərər görən, bu dərəbəy klinika tərəfindən aldadılan adamlar mütləq səslərini qaldırsınlar. Biz bir yumruq kimi birləşib haqqımızı tələb edə bilərik!”.

Mənbə: moderator.az

Bənzər yazılar

Back to top button