Hadisə

Sumqayıt küçələrində “qara qızıl” fantan vurur… – VİDEO/FOTO

Ötən günlərdə yayımlanan yazılarımızdan birində Sumqayıt şəhərini Sovetlər birliyi dövründəki Sumqayıt ilə müqayisə etmişdik və İcra başçısı Zakir Fərəcovun “diqqəti” sayəsində keçmişllə indiki Sumqayıtın mərkəzdən kənar əraziləri arasında o qədər də fərq olmadığını əyanı görüntülərlə də diqqətinizə çatdırmışdıq.

Təəssüflər olsun ki, sözügedən materialın yayımından sonra nəyinki düzəlməyə doğru heç nə dəyişmədi, hələ üstəlik “DogruXeber.az” informasiya agentliyinin ünvanına “ürəyidolu” sakinlər tərəfindən daha bərbad, daha acınacaqlı mənzərələri əks etdirən görüntülər göndərildi.

Bu görüntülərdə gördükləriniz yenə də Sumqayıt şəhər “Kimyaçılar” qəsəbəsində yaşayan sakinlərin özləri tərəfindən lentə alınıb.

Görüntülərdə də gördüyünüz kimi Elnarə xanım deyir: – “Hidayət adlı şəxs bu ərazinin çox hissəsini yaşayış ərazi olaraq satıb, hətta bir hissəsində ev tikib, hazır yaşayış evi olaraq satıb”.

Satmağa vərdiş edən, kimdənsə “güc alan” bu Hidayət adlı şəxs, sakinlərin sözlərinə görə kanalizasiya borularının belə bir hissəsini də kəsib satıb.

Ona görə də sözügedən ərazidə qrunt suları sakinlərin nəyinki həyətlərinə, hətta evlərinə qədər axıb dolub. Sakinlər bildirir ki, bununla bağlı dəfələrlə aidiyyəti qurumlara, həmçinin Hidayətin özünə müraciət etsələr də dəyişən bir şey yoxdur.

Deyir: – “Elə hərə gəlib bir dəfə baxıb, gedir.”

Maraqlıdır, görəsən sakinlərin adını çəkdiyi Hidayət kimdir, yaxud kimin nəyidir ki, onun barəsində tədbir görmək, etdiyi səhvlərini elə özünə düzəltdirmək bu qədər müşkülə çevrilib?…

Bundan əlavə, kanalizasiya sularının içində, üfunət qoxuyan, xəstəlik, mikrob mənbəyi olan ərazidə yaşayan sakinlərin çoxsaylı müraciətlərini və şikayətlərini İcra Hakimiyyəti nə səbəbə görməzdən gəlir?

Yəqin, başları daha mühüm işlərə (tender müqavilələri) qarışdırığından, bəlkə də heç o müraciətlərdən xəbərləri belə yoxdur…

Hələ torpaq satışı ilə məşğul olan qurum – Bələdiyyə adlı “makler qrupu” ümumiyyətlə bu kimi problemləri görmür, duymur.

Aidiyyəti qurumların məhəl qoymadığı ən adi bir problem üzündən çarəsiz sakinlər mətbuata üz tutur, mətbuatdan kömək umurlar.

Bəs aidiyyəti qurumlar nə düşünür?

Yoxsa bunu da Prezident aradan qaldırmalıdır?

O zaman siz nə üçün o kürsüdə əyləşirsiniz?

Hansı əməyinizə qarşılıq əmək haqqı alırsınız?

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Bənzər yazılar

Back to top button