Şəhriyar çempionluğu son anda əldən verdi
Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar turnirində bu gün XIV sonuncu turun görüşləri keçirilib.
AzToday.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla rusiyalı Vladimir Kramnik ilə üz-üzə gəlib.
Görüş 54-cü gedişdə heç-heçə ilə yekunlaşıb – 0,5:0,5. Bununla da Məmmədyarov xallarını 8-ə çatdırıb. Onun turnirin qalibi olma şanslarını qorumasından ötrü lider Fabiano Karuana Aleksandr Qrişuka uduzmalı idi. Amma ABŞ şahmatçısı qələbə qazanaraq çempion olub. Şəhriyar və Sergey Karyakin 2-3-cü pilləri bölüşüb.
İddiaçılar turniri
XIV tur
Vladimir Kramnik (2800, Rusiya) – Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) 0,5:0,5
Aleksandr Qrişuk (2767, Rusiya) – Fabiano Karuana (2784, ABŞ)
Levon Aronyan (2794, Ermənistan) – Uesli So (2799, ABŞ) 0,5:0,5
Sergey Karyakin (2763, Rusiya) – Liren Dinq (2769, Çin) 0,5:0,5
Turnir cədvəli:
1. Karuana – 9
2. Məmmədyarov – 8
3. Karyakin – 8
4. Dinq – 7.5
5. Kramnik – 6.5
6, Qrişuk – 6,5
7. So – 6
8. Aronyan – 4.5