Siyasət

Türkiyə və İran XİN nümayəndələri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Türkiyə və İran xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr zamanı Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub. Bu barədə Türkiyə XİN məlumat yayıb.

Məsləhətləşmələr oktyabrın 8-də Ankarada Türkiyə və İran xarici işlər nazirlərinin müavinləri Sedat Önal və Əli Bağeri Keninin sədrliyi ilə keçirilib.

Məsləhətləşmələr zamanı tərəflər Türkiyə-İran münasibətləri, habelə regional və beynəlxalq vəziyyət, xüsusən Suriya, Əfqanıstan, Qafqaz və Yəməndəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. (Turan)

Bənzər yazılar

Back to top button