Dünya

Saakaşvilidən şəxsi həyatı ilə bağlı suallara cavab

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili şəxsi həyatı ilə maraqlananlar üçün bəzi suallara aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Saakaşvilinin Feysbuk hesabında paylaşım edilib.

“İndi həyatımda şəxsi işlərimdən daha böyük mübarizədəyəm. Lakin bu barədə suallara cavab olaraq bildirmək istəyirəm ki, əvvəlki münasibətlərim bitib.

Son aylarda mən və Lisa Yasko (ukraynalı deputat Yelizaveta Yasko) həyatımızı birləşdirmişik. Biz ailə kimi birlikdə yaşayırıq. Bu, böyük sevgi tarixidir və özümü xoşbəxt hiss edirəm”, – o qeyd edib.

Sabiq prezident vurğulayıb ki, indi mübarizəsinə diqqət ayırır:

“Aclıq aksiyamı davam etdirirəm və sonadək getməkdə qərarlıyam”.

Bənzər yazılar

Back to top button