Cəmiyyət

Dünya Bankı Azərbaycanda məcburi köçkünlərə qrant ayırıb

Dünya Bankı Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə 2 milyon ABŞ dolları qrant ayırıb.

Dünya Bankının məlumatında deyilir ki, iyunun 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsilə Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması layihəsinin maliyyələşdirilməsinə dair qrant sazişi imzalanıb.

Üçillik layihə Dünya Bankınn idarə etdiyi Dövlət və Sülh Quruculuğu Fondu tərəfindən maliyyələşdiriləcək.

Layihədə məqsədi vətəndaş fəallığını, texniki bacarıqları və gəlir əldə etmək imkanlarını artırmaqdır.

“Bu gün bir çox məcburi köçkünün öz evlərinə qayıtma perspektivi daha aydındır. Ümid edirik ki, layihənin icrası bu kateqoriyadan olan şəxslərin firavan gələcəyi üçün adımlar atmağa kömək edəcək”,- Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Maykl bildirib.

Bənzər yazılar

Back to top button