İdman

“İnter Mayami”nin direktoru: “Messi “Barselona”dan qovulanda…”

“İnter Mayami”nin direktoru Xavyer Asensi argentinalı hücumçu Lionel Messi ilə maraqlanmağa başladıqları vaxtı xatırlayıb.

Fanat.az xəbər verir ki, klub funksioneri ulduz forvardı hələ “Barselona”dan ayrılanda heyətə cəlb etmək barədə düşündüklərini deyib.

“Marca” onun dediklərini belə çatdırıb: “Leo “Barselona”dan qovulanda bizim şansımız var idi. Ona bunu etməsəydilər, bəlkə hələ də orada oynayırdı. Fürsət yarandı və biz də danışıqlara başladıq. Ancaq sonra Leo PSJ-yə getdi. Belədə yenə şansımızı gözlədik və bu, 2023-cü ilin yayında baş tutdu. Onun PSJ-dən ayrılmaq istədiyini biləndə bu istiqamətdə çalışmalarımızı bərpa etdik və onun keçidini rəsmiləşdirdik”.

Lionel bu yay “İnter Mayami”yə keçib. Argentinalı futbolçu klubu ilə 2025-ci ilin sonuna qədər müqavilə imzalayıb.

Bənzər yazılar

Back to top button